Bank Of Baku

"Mossad" rəhbəri: İrandakı missiyamız rejim devrilənə qədər davam edəcək

İsrailin xarici kəşfiyyət xidməti Mossadın direktoru Devid Barnea

© APA | İsrailin xarici kəşfiyyət xidməti Mossadın direktoru Devid Barnea

# 14 aprel 2026 16:23 (UTC +04:00)

İsrail İranda mühüm nailiyyətlər əldə edib, amma iş bitməyib.

“Ynet”in xəbərinə görə, bunu İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ın direktoru David Barnea deyib.

Onun sözlərinə görə, 40 günlük intensiv döyüşlər əhəmiyyətli nailiyyətlərlə nəticələnib.

David Barnea bildirib ki, onların arasında ən mühümü İranın əsas hədəfinə, yəni İsrail dövlətinin məhvi ilə bağlı hədəfinə zərbə vurulub: “Buna baxmayaraq, bizim missiyamız tamamlanmayıb. Biz heç vaxt düşünməmişdik ki, döyüş səngiyəndən sonra missiyamız bitəcək. Biz kampaniyamızı zərbələrdən sonrakı dövr üçün də planlaşdırmışıq”.

O, “Mossad”ın öz tapşırığının yalnız İrandakı “ekstremist rejim” dəyişdikdə yerinə yetiriləcəyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR