Bank Of Baku

Müdafiə naziri: İsrail İrana qarşı hərəkət azadlığını qorumaq niyyətindədir

Müdafiə naziri: İsrail İrana qarşı hərəkət azadlığını qorumaq niyyətindədir
# 13 iyun 2026 05:23 (UTC +04:00)

İsrail müdafiə naziri İsrael Katz ölkəsinin gələcəkdə İrana qarşı hərəkət azadlığını qorumaq istəyini bildirib.

APA xəbər verir ki, o, bu barədə öz “X” hesabında Vaşinqton və Tehran arasında münaqişənin həlli üçün aparılan danışıqları şərh edərkən məlumat verib.

"İsrail gələcəkdə də İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün müstəqil hərəkət etmək qabiliyyətimizi saxlamağımızı təmin etməlidir. Baş nazir Benyamin Netanyahu və mən İsrail Müdafiə Qüvvələrinə müvafiq hazırlıq görməyi tapşırdıq", - Katz yazıb.

Qeyd edək ki, İsrail əvvəllər də İranla hər hansı bir razılaşmanın İranın nüvə proqramına qadağa qoymasını, ballistik raket proqramına məhdudiyyət qoymasını və Yaxın Şərqdə Tehranın müttəfiq qüvvələrinə dəstəyin məhdudlaşdırılmasını əhatə etməsində israr edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR