Nepalda ötən həftə baş verən sel fəlakətində ölənlərin sayının 1344-ə yüksəldiyi, 4898 nəfərin isə hələ də itkin olduğu bildirilib.
APA xəbər verir ki, bu barədə Nepal Milli Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi Qurumu (NDRRMA) açıqlama verib.
Hazırda bölgədə axtarış-xilasetmə işləri davam etdirilir. Sel sularının apardığı 8 müxtəlif ərazidən meyitlərin çıxarıldığı bildirilib.