Netanyahu İsraildə fövqəladə hərbi kabineti buraxıb

İsrailin Baş naziri Benyamin Netanyahu

© APA | İsrailin Baş naziri Benyamin Netanyahu

# 17 iyun 2024 12:38 (UTC +04:00)

İsrailin Baş naziri Benyamin Netanyahu hərbi kabineti buraxdığını elan edib.

APA-nın “Times of Israel”ə istinadən xəbərinə görə, o bildirib ki, Benni Qants kabineti tərk etdiyi üçün bu strukturun fəaliyyətinə də ehtiyac qalmayıb.

Ehtimal olunur ki, hökumət başçısı sözü gedən hərbi kabineti daha geniş tərkibdə yenidən formalaşdıracaq.

Qeyd edək ki, bu struktur ötən il oktyabrın 11-dən etibarən HAMAS ilə mübarizə məqsədləri üçün yaradılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR