Bank Of Baku

Oman İran və Körfəz ölkələrinin XİN rəhbərlərinin görüşünü təxirə salıb

Oman İran və Körfəz ölkələrinin XİN rəhbərlərinin görüşünü təxirə salıb
# 14 sentyabr 2026 01:43 (UTC +04:00)

Sentyabrın 14-də Səlalədə keçirilməsi planlaşdırılan İran və Fars körfəzi ölkələrinin xarici işlər nazirlərinin görüşü konsensusa nail olmaq məqsədilə təxirə salınıb.

APA xəbər verir ki, bunu Omanın xarici işlər naziri Bədr əl-Busaidi açıqlayıb.

O, tərəflərin regionda sabitlik və uzunmüddətli əməkdaşlığa xidmət edən dialoqu inkişaf etdirməyə sadiq qaldığını bildirib.

Görüşdə regional məsələlərlə yanaşı, Hörmüz boğazında kommersiya gəmiçiliyi üçün təhlükəsiz marşrutların müəyyənləşdirilməsi üzrə İran-Oman danışıqlarının nəticələrinin müzakirəsi nəzərdə tutulurdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR