Paşha Bank
Bank Of Baku

Bessent: ABŞ və Çin süni intellektin hansı sahələrdə istifadə edilməməsi barədə razılığa gələ bilər

ABŞ-ın maliyyə naziri Skott Bessent

© APA | ABŞ-ın maliyyə naziri Skott Bessent

# 03 oktyabr 2026 21:58 (UTC +04:00)

Vaşinqton və Pekin süni intellekt texnologiyalarının hansı sahələrdə istifadə edilməməsi ilə bağlı razılığa gələ bilər.

“Axios”un məlumatına görə, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent müsahibəsində bildirib.

“Düşünürəm ki, modellərin konkret olaraq nələri etməməli olduğu barədə razılığa gələ bilərik”, – Bessent süni intellekt modellərini nəzərdə tutaraq deyib.

Nazir, həmçinin ABŞ və Çin arasında süni intellektlə bağlı məsələlər üzrə müəyyən məlumatlandırma mexanizminin yaradılmasının tərəfdarı olduğunu bildirib. O, Pekinin də bununla razılaşacağına əminliyini ifadə edib.

İki ölkənin hazırladığı süni intellekt modellərinin imkanları barədə qarşılıqlı məlumat mübadiləsinin məqsədəuyğun olub-olmadığına dair suala isə Bessent “yəqin ki, yox” cavabını verib.

ABŞ Prezidenti Donald Tramp sentyabrın sonunda Vaşinqton administrasiyasının məxfi məlumatların açıqlanmasını istəmədiyi üçün süni intellektin hazırlanması sahəsində Çinlə sıx əməkdaşlığa can atmadığını bildirib. Tramp bu məsələni Çin Sədri Si Cinpinlə onun 23–25 sentyabr tarixlərində ABŞ-a səfəri zamanı müzakirə etdiyini deyib.

Ağ Ev Çin liderinin səfərinin yekunlarına dair açıqlamasında ABŞ və Çinin süni intellektlə bağlı müxtəlif insidentləri müzakirə etmək üçün kommunikasiya kanalının yaradılması barədə razılığa gəldiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR