Ukrayna Rusiyanın neft emalı zavodlarına hücumları əhəmiyyətli dərəcədə gücləndirməyi planlaşdırır.
“Reuters”in məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Zelenskinin sözlərinə görə, Ukrayna kəşfiyyatının sərəncamında Moskvanın yeni planlarını əks etdirən sənədlər var.
Ukrayna Prezidenti iddia edib ki, Rusiya Prezidenti Vladimir Putin qoşunlara yeni “hərbi doktrina”ya uyğun hərəkət etmək barədə göstəriş verib. Zelenskinin sözlərinə görə, söhbət Kiyev və Ukraynanın digər böyük şəhərlərinə genişmiqyaslı hava zərbələrinin endirilməsindən gedir.
O bildirib ki, Ukrayna buna cavab olaraq Rusiyanın neft emalı müəssisələrinə hücumları gücləndirəcək.