Bank Of Baku

Özgür Özel CHP sədrliyinə namizədliyini irəli sürüb

Özgür Özel CHP sədrliyinə namizədliyini irəli sürüb
# 15 sentyabr 2023 15:47 (UTC +04:00)

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatı Özgür Özel partiya sədrliyinə namizədliyini irəli sürüb.

APA xəbər verir ki, deputat bu gün keçirdiyi mətbuat konfransında bu il ölkədə keçirilmiş prezident seçkilərindəki məğlubiyyətdən sonra partiya rəhbərliyinin istefasını tələb edib.

Özgür Özel seçkilərdəki məğlubiyyətə görə rəhbərliyin məsuliyyəti öz üzərinə götürmədiyini bildirib.

O, sonda partiya sədrliyinə namizədliyini irəli sürdüyünü elan edib.

Qeyd edək ki, Türkiyədə keçirilmiş prezident seçkilərində hakim partiyaya məğlub olan CHP-nin hazırkı sədri və seçkilərdə namizəd olmuş Kamal Kılıçdaroğlunun istefa verməsi üçün kampaniya aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR