Bank Of Baku

Pakistan hökuməti İmran Xanın özəl xəstəxanada müalicə olunması qərarından narazıdır

Pakistanın keçmiş Baş naziri- İmran Xan

© APA | Pakistanın keçmiş Baş naziri- İmran Xan

# 19 avqust 2026 11:49 (UTC +04:00)

Pakistan hökuməti sabiq Baş nazir İmran Xanın səhhəti ilə əlaqədar həbsxanadan özəl xəstəxanaya köçürülməsi ilə bağlı Ali Məhkəmənin qərarından narazıdır.

“Reuters”in xəbərinə görə, bu barədə Pakistanın hüquq naziri Azam Nazeer yaydığı bəyanatda deyib.

Nazir bildirib ki, Pakistan hökumətinin qənaətinə görə, Ali Məhkəmə qərarına yenidən baxmalıdır.

Onun sözlərinə görə, İmran Xan ya həbsxanada, ya da ictimai xəstəxanada müalicə olunmalıdır.

73 yaşlı keçmiş Baş nazirin övladları atalarının səhhətinin getdikcə pisləşdiyini və sağ gözünün görmə qabiliyyətinin ciddi dərəcədə zəiflədiyini bildirirlər.

Qeyd edək ki, Pakistan Ali Məhkəməsi İmran Xanın müvəqqəti olaraq həbsxanadan çıxarılıb özəl “Şifa” beynəlxalq xəstəxanasına köçürülməsi və şəxsi həkimi tərəfindən müalicə olunması barədə qərar qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR