Bank Of Baku

ABŞ 17 iranlını genişmiqyaslı kiberkampaniyada ittiham edib

ABŞ 17 iranlını genişmiqyaslı kiberkampaniyada ittiham edib
# 19 avqust 2026 01:36 (UTC +04:00)

ABŞ hökuməti İranın 17 vətəndaşına universitetlərin, şirkətlərin və dövlət qurumlarının kompüter sistemlərinə qarşı genişmiqyaslı kiberhücumlar təşkil etmək ittihamı irəli sürüb.

APA xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, onlar İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) və digər İran strukturlarının maraqları naminə fəaliyyət göstəriblər.

Bildirilir ki, şübhəlilər 2013-cü ildən etibarən 144 ABŞ və 178 xarici universitetin, ən azı 53 şirkətin, həmçinin dövlət qurumları və qeyri-hökumət təşkilatlarının sistemlərinə hücum ediblər.

Onlar təxminən 8 min müəllimin hesabına giriş əldə edib və ən azı 31,5 terabayt elmi məlumat və intellektual mülkiyyət oğurlayıblar.

ABŞ Ədliyyə Nazirliyi bildirib ki, hücumların bir hissəsi SEPAH-ın tapşırığı ilə həyata keçirilib, oğurlanan məlumatların bir qismi isə İrandakı müştərilərə satılıb.

Hücumların hədəfləri arasında ABŞ Əmək Nazirliyi, Federal Enerji Tənzimləmə Komissiyası, Havay və İndiana ştatlarının hakimiyyət orqanları, BMT və UNICEF də olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR