Paşha Bank
Bank Of Baku

Pakistanda İmran Xanın partiyasının idarə etdiyi əyalətdə fövqəladə vəziyyət elan olunub

Pakistanda İmran Xanın partiyasının idarə etdiyi əyalətdə fövqəladə vəziyyət elan olunub
# 11 oktyabr 2026 15:30 (UTC +04:00)

Pakistan Prezidenti Asif Əli Zərdari ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində fövqəladə vəziyyət elan edib.

APA “Reuters”ə istinadən xəbər verir ki, qərar nəticəsində həbsdə olan keçmiş Baş nazir İmran Xanın partiyasının rəhbərlik etdiyi əyalət hökumətinin səlahiyyətləri dayandırılıb.

Qərar Baş nazir Şahbaz Şərifin rəhbərlik etdiyi federal hökumətin tövsiyəsi əsasında qəbul olunub.

Federal hökumət əyalət rəhbərliyini silahlı qruplaşmalara qarşı mübarizədə fəaliyyətsizlikdə ittiham edib.

Qeyd edək ki, İmran Xanın partiyası son günlər onun azadlığa buraxılması tələbi ilə etiraz aksiyaları keçirir. Partiya tərəfdarları paytaxt İslamabada yürüş etməyə hazırlaşırlar.

Partiyanın sözçüsü Zülfüqar Buxari qərarı pisləyərək bunun ölkədə qeyri-sabitliyi artıracağını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR