Bank Of Baku

Pakistanda məsciddə partlayış baş verib, 3 nəfər yaralanıb

Pakistanda məsciddə partlayış baş verib, 3 nəfər yaralanıb
# 14 mart 2025 14:12 (UTC +04:00)

Pakistanın şimal-qərbində partlayış baş verib.

APA xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Partlayış məsciddə cümə namazı vaxtı baş verib.

Cənubi Vəziristan əyalətinin polis rəisi Asif Bahadar bildirib ki, "Camiat Ulema Islam-Fazl" siyasi partiyasının yerli lideri Abdullah Nadeem partlayışın hədəfi olub və o, ciddi xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlar arasında iki uşağın da olduğu bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR