Bank Of Baku

Pakistanın keçmiş Baş naziri İmran Xan bəraət alıb

Pakistanın keçmiş Baş naziri İmran Xan bəraət alıb
# 04 iyun 2024 07:10 (UTC +04:00)

Pakistanın sabiq Baş naziri İmran Xan dövlət sirrini açıqlamaq ittihamı ilə 10 il həbs cəzası verilən işdə bəraət alıb.

APA xəbər verir ki, 2023-cü ilin avqust ayından həbsdə olan İmran Xan bununla belə, ona qarşı irəli sürülən qanunsuz nikah ittihamı ilə həbsxanada qalmaqda davam edəcək.

71 yaşlı sabiq Baş nazirin vəkillərinin verdiyi açıqlamaya görə, İslamabad Ali Məhkəməsi Xana bəraət verib.

Açıqlamada bildirilir ki, eyni işdə təqsirli bilinən sabiq xarici işlər naziri Şah Mahmud Qureşi də bəraət alıb.

İmran Xan Pakistanın Vaşinqtondakı səfirinin göndərdiyi məxfi sənədin məzmununu ictimaiyyətə açıqlamaqda və ondan siyasi məqsədlər üçün istifadə etməkdə ittiham olunurdu. O və sabiq xarici işlər nazirinin hərəsi 10 il müddətinə azadlıqdan məhrum edilmişdilər.

Amma Pakistan məhkəməsi boşandıqdan sonra yeni evlilik üçün gözləməli olduğu müddətdən əvvəl ailə qurmasını əsas gətirərək, İmran Xana qanunsuz nikaha girməsi ittihamı verib. İmran Xan və həyat yoldaşı Buşra Xanın hər biri qanunsuz nikah bağladıqları ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR