Bank Of Baku

Qalibaf: İraqın daxili işlərinə müdaxilə etməmişik

Qalibaf: İraqın daxili işlərinə müdaxilə etməmişik
# 22 avqust 2026 06:07 (UTC +04:00)

“İran İraqın daxili işlərinə heç vaxt müdaxilə etməyib”.

APA xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf 3 günlük İraq səfərinin nəticələri ilə bağlı açıqlaması zamanı deyib.

Qalibaf bildirib ki, səfər zamanı İran və İraq arasında təhlükəsizlik və sərhəd təhlükəsizliyi sahəsində ətraflı anlaşma memorandumu imzalanıb. Görüşlərdə təhlükəsizlik məsələləri və İraqdakı silahlı qruplar müzakirə olunub.

Qalibafın sözlərinə görə, İran İraq daxilindəki qrupların və siyasi aktorların ölkə Konstitusiyası çərçivəsində müstəqil şəkildə əldə etdikləri razılaşmaları dəstəkləyir.

Qalibaf həmçinin İraqdakı xarici hərbi qüvvələrin ölkədən çıxarılmasının son mərhələyə çatdığını bildirib.

Onun sözlərinə görə, ABŞ-ın bölgədəki hərbi mövcudluğu və İsrailin fəaliyyəti regional təhlükəsizliyi təmin etmir, əksinə, qeyri-sabitliyi artırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR