"Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbası haqqında" Konstitusiya Qanunu qüvvədən düşsə də, bütün toxunulmazlıq təminatları eks-prezident Nursultan Nazarbayevə şamil ediləcək.
APA “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, bunu respublikanın ədliyyə naziri Azamat Yeskaraev deyib.
“Lakin onun ailə üzvlərinə bu, şamil edilmir”, - nazir əlavə edib.