Bank Of Baku

Qətər İsrailin İranın qaz yatağına hücumlarını "təhlükəli və məsuliyyətsiz" addım adlandırıb

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Majed əl-Ənsari

© APA | Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Majed əl-Ənsari

# 18 mart 2026 17:47 (UTC +04:00)

İran və Qətər tərəfindən birgə istismar edilən Cənub Pars qaz yatağına hücuma görə məsuliyyət İsrailin üzərinə düşür.

APA xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Majed əl-Ənsari "X" səhifəsində bildirib.

Ənsari hücumu “regionda mövcud hərbi gərginlik fonunda təhlükəli və məsuliyyətsiz addım” adlandırıb: “Enerji infrastrukturlarının hədəf alınması qlobal enerji təhlükəsizliyi, həmçinin, region xalqları və ətraf mühit üçün ciddi təhdiddir”.

XİN rəsmisi bütün tərəfləri vacib obyektlərin hədəf alınmasından çəkinməyə, beynəlxalq hüquqa riayət etməyə və regionun təhlükəsizliyini və sabitliyini qoruyacaq şəkildə gərginliyi azaltmağa çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR