Bank Of Baku

Qətərin Baş naziri ABŞ nümayəndələri ilə Vaşinqton–Tehran danışıqlarını müzakirə edib

Qətərin Baş naziri ABŞ nümayəndələri ilə Vaşinqton–Tehran danışıqlarını müzakirə edib
# 01 iyul 2026 02:12 (UTC +04:00)

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə İran və ABŞ arasında imzalanmış atəşkəs memorandumunun icrası çərçivəsində aparılan danışıqları müzakirə edib.

APA xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Qətər bundan sonra da vasitəçi rolunu davam etdirəcək və hərtərəfli, uzunmüddətli nizamlanmaya nail olmaq məqsədilə memorandumda nəzərdə tutulan bütün danışıq proseslərini dəstəkləyəcək.

Görüşdə tərəflər Yaxın Şərqdəki vəziyyət, xüsusilə də Livandakı atəşkəs rejimi ətrafında fikir mübadiləsi aparıblar. Onlar Livanın birliyi, suverenliyi və sabitliyinin təmin olunması üçün atəşkəsin qorunmasının və möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.

ABŞ nümayəndə heyəti Qətər və Pakistanın dialoqun təşkilində göstərdiyi səyləri yüksək qiymətləndirib. Stiv Uitkoff və Cared Kuşner Vaşinqtonun danışıqlarda iştirakını davam etdirəcəyini və hərtərəfli razılaşmaya yönəlmiş diplomatik səyləri dəstəkləyəcəyini bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR