Bank Of Baku

Qəzza razılaşması təsdiqlənərsə, İsrailin Milli Təhlükəsizlik Naziri istefa verəcək

Qəzza razılaşması təsdiqlənərsə, İsrailin Milli Təhlükəsizlik Naziri istefa verəcək
# 17 yanvar 2025 00:14 (UTC +04:00)

İsrail hökuməti girovlarla bağlı razılaşmanı və Qəzza zolağında atəşkəsi təsdiqləsə İsrailin milli təhlükəsizlik naziri və “Otzma Yehudit” (Yəhudi Gücü) partiyasının lideri İtamar Ben-Qvir istefa verəcək.

APA xəbər verir ki, bu haqda o, keçirdiyi mətbuat konfransında bildirib.

"Bu sövdələşmə qəbuledilməzdir. Əgər bağlanarsa, “Otzma Yehudit” partiyası hökuməti tərk etmək tələbi ilə çıxış edəcək", - o deyib.

Ben-Qvir əlavə edib ki, Qəzza zolağında müharibə yenidən başlasa, “Otzma Yehudit” hökumətə qayıtmağa hazır olacaq.

Siyasətçinin mətbuat konfransı İsrailin əsas televiziya kanallarında yayımlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR