Bank Of Baku

Qəzzada evlərini tərk edən köçkünlərin sayı 187 min nəfərə çatıb

Qəzzada evlərini tərk edən köçkünlərin sayı 187 min nəfərə çatıb
# 10 oktyabr 2023 11:20 (UTC +04:00)

Qəzzada evlərini tərk edən köçkünlərin sayı 187 min nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyindən (UNRWA) “Al Arabiya” telekanalına bildirilib.

Agentliyin sözlərinə görə, Qəzza zolağındakı hərbi əməliyyatlar səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan, lakin ölkə ərazisində qalan insanların sayı 187 min nəfərə çatıb.

Qeyd olunub ki, UNRWA-ya məxsus 83 məktəb binasında azı 137 min insan yaşayır, əlavə 50 min fələstinli isə hələ də evsizdir.

Qəzza zolağındakı sığınacaqlar doludur və içməli su təchizatında məhdudiyyətlər yaşanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR