Bank Of Baku

Qəzzada girov saxlanılan 4 israilli hava zərbələri zamanı həlak olub

HƏMAS tərəfindən girov götürülən İsrail vətəndaşı

© APA | HƏMAS tərəfindən girov götürülən İsrail vətəndaşı

# 09 oktyabr 2023 14:35 (UTC +04:00)

HƏMAS İsrailin Qəzza zolağını bombardman etməsi nəticəsində bölgədə girov olan 4 israillinin öldüyünü bildirib.

APA "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Obeyda "Telegram" hesabında bildirib.

"Bu gün Qəzza zolağınının bombalanması 4 düşmən əsirinin öldürülməsinə və onları əsir götürən Qəssam Mücahidinin şəhid olmasına səbəb olub", - o paylaşımında bildirib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS-ın İsrailin cənub bölgəsinə hücumu nəticəsində 700-dən çox şəxs öldürülüb, 140-dan çox israilli HƏMAS silahlıları tərəfindən girov götürülüb. Girov götürülənlər arasında hərbçilərlərlə yanaşı, mülki sakinlər - qadınlar, uşaqlar, yaşlılar var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR