Qəzzada həlak olan fələstinlilərin sayı 830 nəfərə yüksəlib.
APA "Sky News"a istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Hava hücumları nəticəsində 4250 fələstinlinin yaralandığı bildirilir.
Nazirlik tərəfindən verilən son məlumatda qeyd olunub ki, ölənlərin sayı 765, yaralıların sayı isə 4 min nəfər olub.
***
15.54
Qəzzada həlak olanların sayı 765 nəfərə çatıb.
APA CNN-ə istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyinin məlumatında bildirilib.
Daha 4000 nəfərin isə yaralandığı bildirilib.
Nazirliyin məlumatında qeyd olunub ki, internet kəsintiləri həlak olanların sayını yenilənməsinə təsir edir.