Birinci mərhələnin yekun mübadiləsi olaraq HAMAS bu gün 6 girovu azad edəcək.
APA xəbər verir ki, HAMAS yeddinci məhbus mübadiləsində 3 yox, 6 israilli məhbusu azad edəcək.
Təşkilat bu gün azad ediləcək son altı israilli girovun adını da açıqlayıb.
HAMAS bu gün sağ qalan girovları azad edəcək. Bunun müqabilində isə İsrail də fələstinli məhbusları azad edəcək.
Azad edilməli olan girovların ailələrinə məlumat verildiyi bildirilir.
Qeyd edək ki, girovların dəyişdirilməsi çərçivəsində HAMAS indiyədək 19-u sağ və 3-ü ölü olmaqla 22 israilli girovu təhvil verib.