“Biz Qəzza və ətrafını vurmağa davam edirik. İsrail Müdafiə Qüvvələri hərbi məqsədlərinə nail olmaq üçün daha böyük güclə hərəkət edir”.
APA xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Haqari X hesabında bildirib.
***
21.32
Xəbərə video əlavə edilib.
***
21.14
İsrail ordusu Qəzza zolağının qərbinə hava zərbələri endirib.
APA AFP-yə istinadla xəbər verir ki, ərazidə bütün telekommunikasiyalar və internet kəsilib.
İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Haqari ordunun yerüstü əməliyyata başlayacağını bildirib. O qeyd edib ki, Quru qoşunları genişmiqyaslı hava zərbələri ilə eyni vaxtda Qəzza zolağında quru əməliyyatlarını genişləndirir.
Xarici KİV-lər xəbər verir ki, bu, 7 oktyabrdan indiyədək olan ən şiddətli bombardmandır.