Qlobal istiləşmə Ağrı dağının buzlaqlarına da öz təsirini göstərib

Qlobal istiləşmə Ağrı dağının buzlaqlarına da öz təsirini göstərib
# 19 iyun 2024 08:57 (UTC +04:00)

Təsirlərini indi daha yaxından hiss etdiyimiz iqlim dəyişikliyi Ağrı dağından da yan keçməyib.

APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparılan araşdırmalar zamanı dağdakı buzlaqların 40 faizdən çox kiçildiyi məlum olub.

Belə ki, 1987-ci ildə 8,42 kvadrat kilometr olan buzlaqlar 2022-ci ildə 4,96 kvadrat kilometrə qədər azalıb.

Temperaturun artması yağacaq olan qarın yağış formasında düşməsinə, beləliklə də qar örtüyünün və buzlaqların əriməsinə, nəticədə çaylarda su axınının azalmasına səbəb olur.

Temperaturun yüksəlməsi Türkiyənin ən hündür zirvəsi olan Ağrı dağına da mənfi təsir göstərir

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR