Paşha Bank
Bank Of Baku

"Reuters": İran yeddi günlük planla bağlı ABŞ-dan cavab alıb

İranın xarici işlər naziri Abbas Əraqçı

© APA | İranın xarici işlər naziri Abbas Əraqçı

# 30 sentyabr 2026 12:02 (UTC +04:00)

İranın xarici işlər naziri Abbas Əraqçi çərşənbə axşamı Dohada Qətər vasitəsilə ABŞ-ın Tehran və Vaşinqton arasında etimadın yaradılmasına yönəlmiş yeddi günlük planla bağlı cavabını alıb.

Bu barədə "Reuters" danışıqlar barədə məlumatı olan rəsmiyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Əraqçinin ABŞ-ın cavabını bu gün Tehranda müzakirə edəcəyi gözlənilir.

Rəsminin sözlərinə görə, tərəflər arasında yayılan sənəddə ABŞ və İranın iyun ayında razılaşdırdığı anlaşma memorandumunun daha genişləndirilmiş variantına qayıtmaq məqsədilə yeddi günlük etimad yaratma müddəti nəzərdə tutulur. Sənədə İranın nüvə proqramı ilə bağlı konkret addımlar da daxildir.

Rəsmi qeyd edib ki, tərəflər arasında fikir ayrılığı planın komponentləri ilə deyil, bu addımların hansı ardıcıllıqla həyata keçirilməsi ilə bağlıdır.

Qeyd edək ki, İran ötən həftə ABŞ-a yeddi günlük təklif təqdim edib. ABŞ Prezidenti Donald Tramp daha sonra bu təklifi rədd edib və bunun ardınca Qətərin vasitəçilik səyləri davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR