Paşha Bank
Bank Of Baku

Biləsuvarda 10 nəfər qidadan zəhərlənib - YENİLƏNİB-1

Biləsuvarda 10 nəfər qidadan zəhərlənib - YENİLƏNİB-1
# 30 sentyabr 2026 10:53 (UTC +04:00)

"Baş verən zəhərlənmə hadisəsi nəzarətdədir. Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb".

Bu barədə APA-nın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.

Bildirilib ki, ilkin araşdırma zamanı hadisənin Biləsuvar rayonunda evdə təşkil olunan məclisdə baş verdiyi müəyyən edilib. Araşdırmaların nəticələrinə uyğun müvafiq tədbirlər görüləcək.

"AQTA bir daha vətəndaşlara müraciət edərək bildirir ki, kütləvi tədbirlərdə qida məhsullarının hazırlanması, saxlanması və istehlaka təqdim olunması zamanı qida təhlükəsizliyi tələblərinə ciddi əməl edilməlidir. Qidaların hazırlanması və saxlanması zamanı temperatur rejiminə, şəxsi gigiyena qaydalarına və digər qida təhlükəsizliyi tələblərinə tam riayət olunmaması qida zəhərlənmələri riskini artıra bilər", - məlumatda qeyd olunub.

Gülcahan İmanqızı

***

10:17

Sentyabrın 29-da saat 23:00 radələrində zəhərlənmə şübhəsilə 10 nəfər (5 kişi, 5 qadın) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın cənub bürosuna TƏBİB-dən məlumat verilib.

Məlumata görə, zəruri tibbi xidmətlər göstərilən pasiyentlər ambulator müalicə üçün evə buraxılıblar.

***

01.22

Cəlilabad rayonunun bir neçə sakini zəhərlənmə diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

APA-nın Cənub bürosunun məlumatına görə, zəhərlənənlərin sayının 10 nəfər olduğu və onların arasında uşaqların da olduğu bildirilir.

İlkin məlumata görə, həmin şəxslər Biləsuvar rayonunda əsgər yolasalma mərasimində iştirak ediblər. Ailə üzvləri evə qayıtdıqdan sonra özlərini narahat hiss ediblər.

Onların qonaqlıqda qəbul etdikləri qidadan zəhərləndikləri ehtimal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR