Bank Of Baku

Sabah Banqladeş prezidentinin istefa verəcəyi gözlənilir

Sabah Banqladeş prezidentinin istefa verəcəyi gözlənilir
# 23 iyul 2026 21:54 (UTC +04:00)

Banqladeş prezidenti Şahabuddin Çuppu 24 iyul Cümə günü istefa vermək niyyətindədir.

Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, 76 yaşlı Şahabuddin artıq Baş nazir Tariq Rəhmanı qərarı barədə məlumatlandırıb.

Ölkə konstitusiyasına görə, o, indi müvafiq bəyanatı Parlamentin sədri Hafiz Uddin Əhmədə çatdırmalıdır. Lakin Əhməd Taylandda müalicə alır və cümə günü Dəkkəyə qayıtması gözlənilir. Prezidentin istefası rəsmi olaraq o zaman elan ediləcək.

Qeyd edək ki, Şahabuddin 2023-cü ildə sabiq hakim “Avami Liqası” partiyasının namizədi olaraq dövlət başçısı seçilib.

2024-cü ildə hakimiyyət dəyişikliyindən sonra “Avami Liqası” ölkədə qadağan edilib.

Banqladeşdə prezident dövlət başçısıdır, lakin onların səlahiyyətləri əsasən mərasim xarakterlidir. İcra hakimiyyəti baş nazirə və hökumətə məxsusdur. Bir qayda olaraq, prezident onların məsləhəti ilə hərəkət edir və müstəqil siyasi qərarlar qəbul etmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR