Bank Of Baku

SEPAH: Münaqişə başqa forma alarsa, İran yeni silahlardan istifadə edəcək

SEPAH sözçüsü Hüseyn Mohebbi

© APA | SEPAH sözçüsü Hüseyn Mohebbi

# 29 sentyabr 2026 13:35 (UTC +04:00)

Münaqişə başqa forma alarsa, İran yeni silahlardan istifadə edəcək.

APA-nın Tehran bürosunun xəbərinə görə, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mohebbi deyib.

O, ABŞ-ın 2015-ci ildə imzalanan nüvə sazişindən (JCPOA) çıxmasına toxunaraq bildirib ki, İran özünü müdafiə etmək üçün daim yeni silahlar hazırlayır.

Hüseyn Mohebbi ABŞ xalqına ünvanlanan 25 səhifəlik məktubun təqdimatı ilə bağlı keçirilən mətbuat konfransında deyib ki, JCPOA İranın nüvə silahına sahib olmasının qarşısını almağı nəzərdə tuturdu.

“Əgər həqiqətən İran nüvə silahı əldə etməyə çalışırdısa və ABŞ İranın nüvə silahına sahib olmamalı olduğunu iddia edirdisə, ABŞ Prezidenti niyə JCPOA-dan çıxdı?” – SEPAH sözçüsü ritorik sual verib.

Mohebbi İranın yeni silahlar istehsal etməsindən əlavə, mövcud silahlarını təkmilləşdirdiyini də qeyd edib.

SEPAH sözçüsü əlavə edib ki, İran ölkəni və xalqı müdafiə edə biləcək silahların hazırlanması üçün dünyadakı bütün texnologiyalardan istifadə edəcək və bu istiqamətdə irəliləyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR