Bank Of Baku

Səudiyyə Ərəbistanı XİN Netanyahunun fələstinlilərə dair bəyanatını qəbuledilməz sayıb

Səudiyyə Ərəbistanı XİN Netanyahunun fələstinlilərə dair  bəyanatını qəbuledilməz sayıb
# 09 fevral 2025 10:30 (UTC +04:00)

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi İsrail Baş naziri Binyamin Netanyahunun fələstinlilərin köçürülməsi və bu ölkənin ərazisində Fələstin dövlətinin yaradılması barədə bəyanatına cavab verib.

APA-nın xəbərinə görə, Səudiyyə Ərəbistanın XİN İsrail Baş nazirinin bəyanatını qəbuledilməz sayıb.

Qeyd edilib ki, məqsəd İsrailin Qəzzadakı əməllərindən diqqəti yayındırmaqdır, fələstinlilərin öz torpaqlarında yaşamaq hüququ var.

Xatırladaq ki, Ər-Riyadın İsrail-Fələstin münaqişəsində iki dövlətli həlli zəruri saymasına cavab olaraq Binyamin Netanyahu fələstinlilərə Səudiyyə Ərəbistanı ərazisində dövlət yaradıla biləcəyini söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR