Bank Of Baku

Səudiyyə Ərəbistanının cənubunda partlayışlar baş verib, xəbərdarlıq sistemləri işə düşüb

Səudiyyə Ərəbistanının cənubunda partlayışlar baş verib, xəbərdarlıq sistemləri işə düşüb
# 14 sentyabr 2026 05:20 (UTC +04:00)

Səudiyyə Ərəbistanının cənub və cənub-qərb bölgələrində təhlükə xəbərdarlıqları verilib.

APA xəbər verir ki, sentyabrın 13-də Abha şəhəri və Xamis Muşait ətrafında sakinlərə mümkün hücum təhlükəsi barədə xəbərdarlıq edilib.

Səudiyyə Mülki Müdafiə Xidməti təhlükə xəbərdarlıqlarının milli erkən xəbərdarlıq sistemi vasitəsilə göndərildiyini və daha sonra ləğv edildiyini açıqlayıb.

Hadisə Yəməndə Husilərlə hökumət qüvvələri arasında döyüşlərin yenidən kəskinləşdiyi və Husilərin Səudiyyə ərazisinə raket və dron hücumlarını artırdığı bir vaxtda baş verib.

Husilər Səudiyyənin cənubundakı hərbi və enerji obyektlərinə hücumlar həyata keçirdiklərini bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR