Bank Of Baku

İsveçdə parlament seçkilərində müxalifət liderlik edir

İsveçdə parlament seçkilərində müxalifət liderlik edir
# 14 sentyabr 2026 04:25 (UTC +04:00)

İsveçdə keçirilən parlament seçkilərində müxalifətin sol blokunun 49,4% səslə öndə olduğu açıqlanıb.

APA xəbər verir ki, hakimiyyətdə olan sağ blok isə 49,1% səs toplayıb.

Məlumatlar İsveç Dövlət Seçki Komissiyasının ilkin nəticələrinə əsaslanır.

Səslərin 6,1 minə yaxın seçki məntəqəsində hesablanmasından sonra bu nəticələr açıqlanıb. Seçici fəallığı 80,4% təşkil edib.

Sol mərkəzçi bloka Sosial-Demokrat İşçi Partiyası, Sol Partiya, Mərkəz Partiyası və Yaşıllar daxildir.

Sağ blok isə baş nazir Ulf Kristerssonun rəhbərlik etdiyi Mülayimlər Partiyası, Xristian Demokratlar, Liberallar və hökuməti dəstəkləyən “İsveç Demokratları” partiyasından ibarətdir.

Qeyd edək ki, bu, ilkin nəticələrdir və səslərin hesablanması davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR