Bank Of Baku

Səudiyyə Ərəbistanının enerji naziri: "Məhəlli sularını qorumaq üçün lazımi tədbirlər görüləcək"

Səudiyyə Ərəbistanının enerji naziri: "Məhəlli sularını qorumaq üçün lazımi tədbirlər görüləcək"
# 14 iyun 2019 11:25 (UTC +04:00)

Oman dənizində neft tankerlərinə edilən hücumu pisləyən Səudiyyə Ərəbistanının enerji naziri ölkəyə məxsus məhəlli sularının qorunması üçün lazımi tədbirlərin görüləcəyini açıqlayıb.

APA-nın "Anadolu Agentliyinə" istinadən verdiyi xəbərə görə, nazir Xalid Əbdüləziz Əl Falih ölkəsinin Oman körfəzində Yaponiya istiqamətində hərəkətdə olan iki neft tankerinə edilən hücum xəbərlərini narahatlıqla izlədiyini bildirərək bu cür terror hücumlarını qınadığını əlavə edib.

Enerji naziri qeyd edib ki, Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” və Enerji Nazirliyi bənzər terror hücumlarına qarşı hazırlıq səviyyəsini artırıb.  

Qeyd edək ki, iyunun 13-ü səhər saatlarında Oman dənizində iki neft tankerində yanğın və partlayış baş verib. Yaponiyanın Ticarət Nazirliyi hər iki gəminin Yaponiyaya yük daşıdıqlarını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR