Çin lideri Si Cinpin hesab edir ki, Ukrayna böhranının həlli üçün təhlükəsizlik mexanizminin yaradılması zəruridir.
APA “Xinhua” agentliyinə istinadən xəbər verir ki, o, bunu Rusiya Prezidenti Vladimir Putinlə qeyri-rəsmi danışıqlar zamanı deyib.
“Ukraynadakı böhranın əsas səbəblərini həll etmək üçün təhlükəsizlik mexanizminin yaradılmasına başlamaq lazımdır”, - ölkə rəhbəri qeyd edib.