Koreya Xalq Demokratik Respublikası (KXDR) lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putini ölkəsinə səfərə dəvət edib.
APA xəbər verir ki, bu barədə Şimali Koreyanın mərkəzi teleqraf agentliyi (KCNA) məlumat yayıb.
Şimali Koreya rəhbəri Rusiya Prezidentini onun üçün əlverişli olan istənilən vaxt ölkəsinə dəvət edib.
Qeyd edək ki, dünən Şimali Koreya və Rusiya rəhbərləri arasında görüş baş tutub.