Şimali Koreyaya qanunsuz keçən ABŞ hərbçisi ölkəsinə təhvil verilib

Şimali Koreyaya qanunsuz keçən ABŞ hərbçisi ölkəsinə təhvil verilib
# 27 sentyabr 2023 18:02 (UTC +04:00)

Cənubi Koreyadan Şimali Koreyaya qanunsuz keçən amerikalı hərbçi ABŞ-a təhvil verilib.

APA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Qeyd olunub ki, Travis Kinq adlı hərbçi yayda Şimali Koreya ərazisinə qanunsuz daxil olub və Pxenyan onu Vaşinqtona təhvil verib.

Xatırladaq ki, 18 iyulda ABŞ Müdafiə Nazirliyi amerikalı hərbçinin Cənubi Koreyanın demarkasiya xəttini icazəsiz keçdiyini və Şimali Koreyada saxlanılması barədə məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR