Sinqapurda prezident seçkilərində səsvermə başlayıb.
APA xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 04:00) açılıb və saat 20:00-a qədər fəaliyyət göstərəcək.
Ölkə üzrə 1200 məntəqə var.
Hakimiyyət seçicilərə seçki məntəqələrinin yaxınlığında avtomobil saxlamağın qadağan edildiyi barədə xəbərdarlıq edib və ictimai nəqliyyatdan istifadə etməni tövisyə edib.
Seçkilərdə üç namizəd var: keçmiş yüksək rütbəli nazir və keçmiş baş nazirin müavini Tharman Şanmuqaratnam, maliyyəçi Nq Kok Sonq və iş adamı Tan Kin Lian.
Hazırkı prezident Həlimə Yakob ikinci müddətə namizəd olmayacaq.