Əfqanıstan Seçki Komissiyası prezident seçkilərinin nəticələri ilə bağlı yekun qərarını açıqlayıb.
APA-nın CNN TÜRK-ə istinadən verdiyi xəbərə görə, seçkilərin nəticələrinə görə ölkənin hazırkı prezidenti Əşrəf Qani qalib elan edilib.
Xatırladaq ki, Əfqanıstanda prezident seçkiləri 2019-cu ilin sentyabr ayında keçirilib.