Bank Of Baku

Suriya hökumət qüvvələri Türkiyənin İdlibdəki müşahidə məntəqəsinə atəş açıb

Suriya hökumət qüvvələri Türkiyənin İdlibdəki müşahidə məntəqəsinə atəş açıb
# 13 iyun 2019 12:38 (UTC +04:00)

Suriya hökumət qüvvələri Türkiyənin İdlibdəki müşahidə məntəqəsinə atəş açıb.

APA-nın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, İdlib Gərginliyi Azaltma bölgəsində Suriya hökumət qüvvələrinin nəzarəti altında olan Əş-Şariah adlanan ərazidən Zaviyah dağı adlanan ərazidə yerləşən Türkiyə qüvvələrinə məxsus müşahidə məntəqəsinə 35 dəfə top atəşi açılıb.

Top atəşi nəticəsində 3 türk əsgəri yüngül şəkildə yaralanıb, məntəqədə olan bəzi avadanlıqlar qismən zədələnib. Nazirlik bildirib ki, yaralılar təxliyə edilib və onların müalicəsi davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR