Bank Of Baku

Suriyanın Homs vilayətində sakinlərə hücuma görə 120 nəfər saxlanılıb

Suriyanın Homs vilayətində sakinlərə hücuma görə 120 nəfər saxlanılıb
# 24 noyabr 2025 22:03 (UTC +04:00)

Suriyanın hüquq mühafizə orqanları Homs vilayətində sakinlərə qarşı son hücumlarda iştirak etməkdə şübhəli bilinən təxminən 120 nəfəri saxlayıb.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin sözçüsü Nurəddin əl-Baba məlumat verib.

"Homsda mülki şəxslərə hücumlarda iştirak etməkdə şübhəli bilinən təxminən 120 nəfər saxlanılıb", - o “Al Jazeera” telekanalına bildirib.

Qeyd edək ki, 23 noyabrda Suriya Daxili İşlər Nazirliyi, evli cütlüyün qətlindən sonra iğtişaşların qarşısını almaq üçün Homs şəhərində komendant saatı tətbiq edib.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan ilkin araşdırma cinayətin dini deyil, cinayətkar motivlərlə törədildiyini müəyyən edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR