Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) "narıncı" kateqoriyada axtarışda olan FETÖ-çü Koray Vuralı Tacikistanda yaxalayaraq Türkiyəyə gətirib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Təşkilatdan mənbə bildirib.
Qeyd olunub ki, FETÖ-nün tapşırığı ilə Tacikistana gedən və təşkilat daxilində müxtəlif rəhbər vəzifələrdə çalışan Vural Orta Asiya və Tacikistanda təşkilatçılıq fəaliyyətini quran adlar arasında olub.