İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə ABŞ-yə məxsus kommersiya obyektinə zərbə endirdiyini iddia edir.
"Tasnim" agentliyinin məlumatına görə, bu barədə SEPAH-ın bəyanatında deyilir.
Bəyanatda bildirilib ki, SEPAH-ın Aerokosmik Qüvvələri qanadlı raketlərlə Amazon şirkətinin mərkəzi məlumat infrastrukturunu vurub.
SEPAH iddia edib ki, hücum ABŞ-nin son günlər Darkhovin bölgəsində mülki infrastruktura endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib.
ABŞ və Bəhreyn rəsmiləri isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.