Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Ukraynaya səfər edəcək.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan ukraynalı həmkarı Dmitri Kuleba ilə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Kurtulmuşun oktyabr ayında “Krım Platforması” çərçivəsində parlament sədrlərinin iclasında iştirakı nəzərdə tutulub.