Tokayev: Qazaxıstan Rusiya ilə hərtərəfli əməkdaşlıq kursuna tam sadiqdir

Tokayev: Qazaxıstan Rusiya ilə hərtərəfli əməkdaşlıq kursuna tam sadiqdir
# 29 sentyabr 2023 10:56 (UTC +04:00)

Qazaxıstan anti-Rusiya mövqedə deyil və Moskva ilə hərtərəfli əməkdaşlıq kursuna tam sadiqdir.

APA xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.

Tokayevin fikrincə, qarşılıqlı şəkildə ölkələrin bir-birinə sanksiya tətbiq etməsi məhsuldar deyil və həmçinin bəyan edib ki, ölkəsi Rusiyaya paralel idxalda iştirak etmir.

Qazaxıstan rəhbəri Rusiya və Ukrayna arasında danışıqlar üçün hər iki tərəfə məqbul olan bünövrə tapmağa çağırış edib və bildirib ki, dünya çox təhlükəli qarşıdurmanın astanasındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR