Bank Of Baku

Tokayev: Rusiya–Qazaxıstan–Özbəkistan qaz layihəsi uğurlu nəticələr göstərir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev

© APA | Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev

# 15 noyabr 2025 13:56 (UTC +04:00)

Rusiya, Qazaxıstan və Özbəkistan arasında həyata keçirilən birgə qaz layihəsi uğurla davam edir və qaz tranzitinin artırılması planlaşdırılır.

APA xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Daşkəndə dövlət səfəri çərçivəsində keçirdiyi brifinqdə bildirib.

“Rusiya–Qazaxıstan–Özbəkistan qaz layihəsi uğurlu nəticələr göstərir. Birgə səylərlə qaz tranzitinin həcmini artırmağı planlaşdırırıq. Bundan əlavə, neft sahəsində və atom sənayesində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlər mövcuddur”, – Qazaxıstan Prezidenti qeyd edib.

Xatırladaq ki, 2023-cü ilin iyununda Özbəkistan “Qazprom”la qaz alışına dair müqavilə imzalayıb və tədarüklər həmin ilin oktyabrından başlayıb. Bu ilin 16 oktyabrında Rusiya hökuməti “Qazprom”un Özbəkistana ildə 7,7 milyard kubmetr təbii qaz tədarükü üzrə müqaviləni icra etdiyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR