Qazaxıstan Silahlı Qüvvələrinin Xəzər dənizində keçirilən təlimlərdə iştirak edən hərbçiləri zəruri avadanlıqlarla, o cümlədən xilasedici jiletlərlə təmin edilməmişdi.
APA xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin Müdafiə Nazirliyinin rəhbərliyi ilə keçirilən müşavirədə bildirib.
Tokayev təlimlər zamanı hərbçilərin lazımi avadanlıqlarla təmin edilmədiyini vurğulayıb.
“O cümlədən dənizdə istifadə üçün nəzərdə tutulan xilasedici jiletlərlə”, – Tokayev qeyd edib.
Qeyd edək ki, bir neçə gün öncə Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizində təlimlər zamanı 14 hərbçi həlak olub.