Bank Of Baku

Turistlərin İranın Əbyanə kəndinə girişinə 2 günlük qadağa qoyulub

Turistlərin İranın Əbyanə kəndinə girişinə 2 günlük qadağa qoyulub
# 04 sentyabr 2019 16:10 (UTC +04:00)

İranın İsfahan əyalətinin Nətənz rayonunun Əbyanə kəndinə turistlərin gedişi qadağan olunub. 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Əbyanə kəndinin icra nümayəndəsi Əli Abidini deyib.

O bildirib ki, qadağa kənddə Məhərrəm ayının 9 və 10-da (sentybarın 9 və 10-u) Tasua və Aşura  mərasimləri zamanı izdihamın qarşısını almaq  məqsədi ilə tətbiq olunub: “Tasua və Aşura günlərində böyük şəhərlərdə yaşayan kənd sakinləri geri qayıdır, eyni zamanda, turistlərin də gəlməsi izdihama səbəb olacaq. Bu səbəbdən yalnız öncədən otellərdə rezerv edən turistlər kəndə gələ bilərlər”.

Qeyd edək ki, İranın İsfahan əyalətinin Kərkəs dağının ətəyində yerləşən Əbyanə kəndi tarixi abidələri ilə məşhurdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR