Türkiyə Amerika Birləşmiş Ştatları və digər tərəfləri Suriyada terror təşkilatı YPG vasitəsilə xüsusən ərəblərə qarşı təzyiq siyasətinə son qoymağa çağırır.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, YPG terrorunun leqal qüvvə kimi təqdim edilməsinə son qoyulmalıdır: "Əks halda, Deyr əz-Zorda yaşanan toqquşmalar yalnız başlanğıc olacaq".