Bank Of Baku

Türkiyə həbsxanalarında olan İŞİD-çilərin sayı açıqlanıb

Türkiyə həbsxanalarında olan İŞİD-çilərin sayı açıqlanıb
# 04 noyabr 2019 12:51 (UTC +04:00)

Türkiyə həbsxanalarında olan İŞİD terror təşkilatının üzvlərinin sayı açıqlanıb. 

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib ki, ölkə həbsxanalarında 1200 İŞİD-çi var. 

Onun sözlərinə görə, “Barış bulağı” hərəkatından sonra aralarında qadın və uşaqların da olduğu 287 İŞİD-çi saxlanılıb.

Nazir vurğulayıb ki, həbsxanalardakı terrorçuların hamısı xarici ölkə vətəndaşlarıdır.

S. Soylu qeyd edib ki, həbs edilmiş terrorçuların istintaqının Türkiyədə aparılması mümkün deyil: “İstər terrorçuları vətəndaşlıqdan çıxarsınlar, istərsə də çıxartmasınlar, biz onlar öz ölkələrinə göndərəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR