Bank Of Baku

Türkiyə İsveçdən 130-a yaxın terrorçunun ekstradisiyasını tələb edib

Türkiyə İsveçdən 130-a yaxın terrorçunun ekstradisiyasını tələb edib
# 15 yanvar 2023 22:11 (UTC +04:00)

Türkiyə Parlamentinin İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesini təsdiq etmək üçün Ankara Stokholmdan 130-a yaxın terrorçunun ekstradisiyasını tələb edib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Muğlada gənclərlə görüşü zamanı ölkə başçısı Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyənin bu tələbini İsveç yerinə yetirməyib.

O qeyd edib ki, İsveç küçələrində PKK tərəfdarlarının nümayişləri davam edir və Türkiyə bununla bağlı xəbərdarlıq edib:

“Amma təəssüf ki, indiyədək PKK/PYD-nin nümayişlərinin dayandırılması ilə bağlı heç bir addım atılmayıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR