Bank Of Baku

Türkiyə Prezidenti ABŞ-ın yeni səfirinin etimadnaməsini qəbul edib

Türkiyə Prezidenti ABŞ-ın yeni səfirinin etimadnaməsini qəbul edib
# 28 avqust 2019 17:41 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.

APA “Anadolu”ya istinadən xəbər verir ki, ABŞ səfiri Devid Maykl Saterfild Prezident Sarayında etimadnaməsini R. T. Ərdoğana təqdim edib.

Bu ilin fevralında ABŞ Prezidenti Donald Tramp D. M. Saterfildin namizədliyini Türkiyədəki səfir qismində irəli sürüb. İyunun sonunda isə ABŞ Senatı onun namizədliyini təsdiqləyib. 

Qeyd edək ki, ABŞ-ın Türkiyədəki sonuncu səfiri Con Bass 2014-2017-ci illərdə fəaliyyət göstərib. O, 2017-ci ilin oktyabrında rəsmi Vaşinqton və Ankara arasında viza böhranı yaşanan zaman Türkiyəni tərk edib. Bu vaxtadək ABŞ-ın Türkiyədəki səfiri vəzifəsi boş olub. 
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR